Futbol üzrə Almaniya Bundesliqasında 24-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.

“Bohum” doğma meydanda “Leypsiq”lə qarşılaşıb. Oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Lider “Bayern”in ən yaxın izləyicisi olan Dortmund “Borussiya”sı isə “Auqsburq” səfərinə yollanıb. Dortmundlular səfərdən 1 xalla dönüblər.

Almaniya Bundesliqası
24-cü tur
25 fevral

Hoffenhaym – Ştutqart 2:1
Qol: Baumqartner, 85; 90 – Endo, 58.

26 fevral

Borussiya (Mönxenqladbax) – Volfsburq 2:2
Qol: Turam, 42. Embolo, 82 – Vind, 6. Bornau, 33.

Bayer – Arminiya 3:0
Qol: Alario, 30. Dyabi, 57; 81.

Frayburq – Herta 3:0
Qol: Qrifo, 12-pen. Şade, 83. Holer, 86.

Qroyter – Köln 1:1
Qol: Qrisbek, 69 – Kaynts, 53.

Union Berlin – Maynts 3:1
Qol: Haraquçi, 8. Bekker, 56. Avoniyi, 75 – Burqzorq, 90.

Ayntraxt – Bayern 0:1
Qol: Sane, 71.

27 fevral

Bohum – Leypsiq 0:1
Qol: Nkunku, 82.

Auqsburq – Borussiya (Dortmund) 1:1
Qol: Sarenren, 78 – T.Hazard, 35.

Shares: