Futbol üzrə İtaliya A Seriyasında 27-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
“Torino” evində “Kalyari”yə məğlub olub. “Verona” isə “Venetsiya”nı məğlub yola salıb. Səfərdə “Spetsiya” ilə qarşılaşan “Roma” da turu qələbə ilə başa vurub.
Turun diqqətçəkən matçlarından biri də Romada oynanılıb. Burada “Latsio” və “Napoli” münasibətlərinə aydınlıq gətiriblər. Üç qolun qeydə alındığı bu oyunda da qonaqlar çətin qələbəyə seviniblər.
İtaliya A Seriyası
27-ci tur
25 fevral
Milan – Udineze 1:1
Qol: Leao, 29 – Udoqye, 66.
Cenoa – İnter 0:0
26 fevral
Salernitana – Bolonya 1:1
Qol: Zortea, 72 – Arnautoviç, 43.
Empoli – Yuventus 2:3
Qol: Jurkovski, 40. Mantiya, 76 – Kin, 32. Vlahoviç, 45+2; 66.
Sassuolo – Fiorentina 2:1
Qol: Traore, 19. Defrel, 90+4 – Kabral, 88.
27 fevral
Torino – Kalyari 1:2
Qol: Belotti, 54 – Bellanova, 21. Delola, 62.
Verona – Venetsiya 3:1
Qol: Simeone, 54; 63; 88 – Okereke, 81.
Spetsiya – Roma 0:1
Qol: T.Abraham, 90+9-pen.
Latsio – Napoli 1:2
Qol: Pedro, 88 – İnsinye, 62. F.Ruis, 90+4.
28 fevral
23:45. Atalanta – Sampdoriya