Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.
Futbolinfo.az xəbər verir ki, yığma komanda almaniyalı Riçard Trautmana tapşırılıb.
Yeni yaradılacaq performans direktoru vəzifəsinə isə niderlandlı Mark van de Ham gətirilib. Hər iki mütəxəssis martın 1-də vəzifələrinin icrasına başlayacaq.
Kişilərdən ibarət millinin hazırkı baş məşqçisi Mövlud Mirəliyev yığmada böyük məşqçi olacaq.
Trautman 1992 və 1996-cı illərdəki Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. 53 yaşlı mütəxəssis məşqçilik fəaliyyətinə 2001-ci ildə başlayıb.