Futbol üzrə Albaniya millisi UEFA Millətlər Liqasında Rusiya yığması ilə oynamaqdan imtina edib.

Futbolinfo.az “Explaining Albania” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Olta Caçka açıqlama verib.

Nazir bildirib ki, iyun ayına planlaşdırılan oyun daxil olmaqla, Rusiyaya qarşı bütün idman qarşılaşmaları ləğv olunacaq.

Albaniya və Rusiya milliləri Millətlər Liqasında B Liqasının 2-ci qrupunda mübarizə aparacaqlar. Rusiya ilk turda, iyunun 2-də səfərdə Albaniya ilə üz-üzə gəlməlidir.

FİFA beynəlxalq oyunlarda Rusiya bayrağı və himninin istifadəsini qadağan edib.

Rusiya qoşunlarının Ukraynaya işğalçı hücumu dünyada böyük narazılığa səbəb olub.

Shares: