Azərbaycan millisinin Ukrayna əsilli qadın güləşçisi Mariya Stadnik “İnstagram” hesabında yeni paylaşım edib.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı idmançı ötən gün Bakıda Ukraynaya dəstək aksiyasının fotosunu yayımlayıb.

Stadnik fotoda Azərbaycan və Ukrayna bayraqları ilə yanaşı, təşəkkür işarəsinə də yer verib.

Daha əvvəl o, öz profilindən Azərbaycan bayrağını götürmüşdü.

2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb.

ee848bfb b385 32f4 a7a7 d1fb4460be4d - Futbolinfo.az
Shares: