“Neftçi” baş məşqçisi Samir Abasovun rəhbərliyi altında 25-ci qələbəsini qazanıb.

Futbolinfo.az xəbər verir ki, bu, Premyer Liqanın 17-ci turuna təsadüf edib. Bakı komandası səfərdə “Sabah”ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Abasovun rəhbərliyi altında 48-ci matçına çıxan “ağ-qaralar” 25 dəfə qalib gəldiyi müddətdə 11 heç-heçə edib və 12 dəfə uduzub. 2020-ci ilin noyabrında “Neftçi”nin baş məşqçisi kimi debüt edən Abasovun komandası Premyer Liqada 22, kubokda 1, avrokuboklarda 2 dəfə qalib gəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp