“Keşlə”nin prezidenti Zaur Axundovun klubuna biganə yanaşması səbəbsiz deyil. O, klubu təhvil vermək üçün günləri sayır və komandanın durumu, nəticələri onu qətiyyən narahat etmir.

Paytaxt təmsilçisi hazırda maliyyə sıxıntısı çəkir – maaşlar verilmir, vəd olunan mükafatlar unudulub. Axundov isə AFFA prezidenti Rövnəq Abdullayevdən 1,5 milyon manatını istəyir. SOCAR-ın sabiq rəhbəri vəzifəsini itirdiyi üçün Zaur bəy indi də icraçı vitse-prezident Elxan Məmmədovun qapısında yatır. Axundov bu məbləği cibindən xərcləyib, indi AFFA-dan kluba ayrılacaq maliyyənin yolunu gözləyir ki, vəsaiti götürsün.

Amma Məmmədov da prosesi bilərəkdən uzadır, Zaur bəyin klubdan həqiqətən ayrılmasına zəmin hazırlayır. Elxan bəy tezliklə Şamaxıya köçəcək kluba öz adamını gətirmək niyyətindədi. Azərbaycanda yaşamayan Axundovla bağlı planlar bitib, indi o, əlavə başağrıdı, Məmmədov dostunun icra başçısı olduğu Şamaxıda yeni rəhbər tapıb.

Maraqlıdı ki, indi həm AFFA-da, həm də “Keşlə”də audit yoxlamaları aparılır. Yəqin ki, proses bitdikdən sonra maliyyə problemləri yoluna qoyulacaq. Axundov cibindən xərclənən pulu AFFA-nın ayırdığı büdcədən götürən kimi aradan çıxacaq, klubun rəhbərliyi dəyişəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp