“Formula 1” Rusiya qran-prisi ilə müqaviləyə xitam verib.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Müqavilə 2025-ci ilədək nəzərdə tutulmuşdu.

Rusiya qran-prisi 2014-cü ildən Soçidə təşkil olunmağa başlayıb. Yarışın 2023-cü ildən Sankt-Peterburqda keçirilməsi planlaşdırılırdı.

Bir neçə gün öncə 23-25 sentyabrda Rusiyada baş tutmalı olan builki qran-prinin ləğv olunduğu açıqlanmışdı.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Shares: