Avropa İttifaqının maliyyə dəstəyi, UNİCEF və AFFA-nın təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “3×3 Qızlar turniri” keçirəcək.

Futbolinfo.az xəbər verir ki, martın 6-da Azərbaycan Texniki Universitetinin İdman zalında təşkil olunacaq turnirdə 3 yaş qrupu üzrə komandalar mübarizə aparacaq.

2005-2007-ci təvüllüdlülər arasında 10 komanda 2 qrupda, 2008-2009-cu illərin yarışında 12 komanda 4 qrupda, 2010-2011-ci illərin mübarizəsində isə 8 komanda 2 qrupda yarışacaq.

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri Manə Mollayeva, Firəngiz Teymurova və Günay İsmayılova turnirdə qonaq qismində iştirak edəcəklər.

Shares: