Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) İcraiyyə Komitəsi Rusiya idmançılarının beynəlxalq və qitə yarışlarında iştirakını dayandırmaq barədə qərar qəbul edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Qərar Ukraynadakı vəziyyətlə bağlı qəbul edilib.

Federasiya həmçinin Rusiyada təşkilatın himayəsi altında keçirilən tədbirləri də qadağan edib.

Shares: