Futbol üzrə Portuqaliya çempionatında 27-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Aruka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Renat da bu görüşün iştirakçısı olub. O, 8-ci dəqiqədə meydana buraxılıb.

Hazırda 22 xalı olan “Tondela” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Shares: