Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 30-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Köln “Fortuna”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. Halbuki, sözügedən kollektiv 62-ci dəqiqəyə qədər bu matçda 2:0 öndə olub.

Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke 2” bu nəticədən sonra 32 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Shares: