Almaniyanın “Bayern” komandasının qapıçısı Manuel Noyer yeni rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, 36 yaşlı qolkiper buna Bundesliqanın 27-ci turunda evdə “Union Berlin” komandasına 4:0 hesabı qalib gəldikləri görüşdə nail olub.

O, yerli çempionatda 311-ci qələbəsini qazanıb və Münhen təmsilçisinin sabiq qapıçısı Oliver Kanı (310) geridə qoyub. Bu nəticəni əldə etmək üçün Noyerə 460, Kana isə 557 qarşılaşma lazım olub.

Noyer 2006-cı ildən Bundesliqada çıxış edir. Almaniya millisinin üzvü “Bayern”ə 2011-ci ildə “Şalke”dən gəlib.

Shares: