Futbol üzrə Almaniya Bundesliqasında 27-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Leypsiq” – “Ayntraxt” matçında qapılara qol vurulmayıb. Səfərdə “Volfsburq”la qarşılaşan “Bayer” inamlı qələbəyə sevinib.
Turun qapanış matçında isə “Köln” Dortmund “Borussiya”sını sınağa çəkib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Almaniya Bundesliqası
27-ci tur
18 mart
Bohum – Borussiya (Mönxenqladbax) 0:2
Qol: Plea, 55. Embolo, 61.
19 mart
Herta – Hoffenhaym 3:0
Qol: Stark, 39. Belfodil, 63. Tuzar, 74.
Qroyter – Frayburq 0:0
Maynts – Arminiya 4:0
Qol: Burkardt, 1; 75. Niakate, 65-pen. İnqvartsen, 79-pen.
Ştutqart – Auqsburq 3:2
Qol: Anton, 44. Marmuş, 79. Tyaqo, 85 – Han, 6. Qreqoritş, 45+1.
Bayern – Union Berlin 4:0
Qol: Koman, 16. Nyanzu, 25. Levandovski, 45+1; 47.
20 mart
Leypsiq – Ayntraxt 0:0
Volfsburq – Bayer 0:2
Qol: Paulinyo, 86; 90+2.
Köln – Borussiya (Dortmund) 1:1
Qol: Andersson, 36 – Volf, 8.