Futbol üzrə İtaliya A Seriyasında 30-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Empoli” – “Verona” matçında qalib müəyyənləşməyib. “Venetsiya” isə evdə “Sampdoriya”ya 2 cavabsız qolla uduzub. “Yuventus” bu tur “Salernitana” üzərində inamlı qələbəyə sevinib. Səfərdə “Bolonya” ilə qarşılaşan “Atalanta” da turu qələbəylə başa vurub.

Turun mərkəzi oyunu Romada olub. Burada paytaxtın iki təmsilçisi – “Roma” və “Latsio” üz-üzə gəlib. İlk dövrədə keçirilən oyunda “qartallar” 3:2 hesablı qələbə qazanmışdı. Turnir cədvəlində qonşu olan komandaları bir-birindən 1 xal ayırırdı. “Latsio” 49 xalla 5-ci, “Roma” isə 48 xalla 6-cı pillədə qərarlaşmışdı. Amma bu oyunda “Roma” 3 cavabsız qolla qalib gəlib və əzəli rəqibini turnir cədvəlində qabaqlamağa nail olub.

İtaliya A Seriyası
30-cu tur

18 mart

Sassuolo – Spetsiya 4:1
Qol: Berardi, 17; 48. K.Ayhan, 78. Skamakka, 81 – Verde, 36.

Cenoa – Torino 1:0
Qol: Portanova, 14.

19 mart

Napoli – Udineze 2:1
Qol: Osimhen, 52; 63 – Deulofeu, 22.

İnter – Fiorentina 1:1
Qol: Dumfris, 55 – L.Torreyra, 50.

Kalyari – Milan 0:1
Qol: Bennaser, 59.

20 mart

Venetsiya – Sampdoriya 0:2
Qol: Kaputo, 24; 38.

Empoli – Verona 1:1
Qol: Di Françesko, 26 – Kanselyeri, 72.

Yuventus – Salernitana 2:0
Qol: Dibala, 5. Vlahoviç, 29.

Roma – Latsio 3:0
Qol: T.Abraham, 1; 22. Pelleqrini, 40.

Bolonya – Atalanta 0:1
Qol: Sisse, 82.

Shares: