Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb, 3 nəfər vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İndiyədək ölkədə ümumilikdə 791 511 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 057 nəfər müalicə olunaraq sağalıb, 9 659 nəfər vəfat edib, aktiv xəstə sayı 795 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 506, ötən müddət ərzində isə ümumilikdə 6 668 546 test aparılıb.

Shares: