Ronald Arauxo son 10 ildə “Santyaqo Bernabeu”da “Real”a künc zərbəsindən sonra başla qol vuran ilk “Barselona”lı müdafiəçi olub.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, sonuncu dəfə 2012-ci ildə, kral kuboku matçında (2:1) “Real”a başla qol vuran “Barselona”nın keçmiş müdafiəçisi Karles Puyol olub. Həmin qolun ötürməsini “Barsa”nın hazırkı baş məşqçisi Xavi etmişdi.
Dünən “Santyaqo Bernabeu”da keçirilən oyunda “Barselona” “Real”ı 4:0 hesabı ilə məğlub edib.