Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli Yunanıstan millisinin evdə Lixtenşteynə qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun baş hakimi olacaq.
Cabbarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Yunanıstan – Lixtenşteyn matçı martın 25-də keçiriləcək.