21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığmaları arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, Sumqayıtda baş tutacaq bu oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Devid Munro olacaq. Ona yan xətt hakimləri Şon Karr və Duqlas Potter kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Qrant İrvin yerinə yetirəcək.
Martın 25-də Sumqayıt şəhər stadionunda keçiriləcək oyuna saat 19:00-da start veriləcək.