Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, martın 13-də start götürən yarışda oğlan idmançılar arasında yarımfinal döyüşlərinin yekununa əsasən finalda təmsil olunacaq ölkələrin siyahısı açıqlanıb.

Avropa çempionatında 13 çəkidən 7-də mübarizə aparan millimizin 2 boksçusu həlledici döyüşdə iştirak hüququ qazanıb. Yığmamız bu nəticə ilə 39 ölkə arasında finalda ən çox təmsilçisi olacaq 8 komandadan biridir.

Ümumilikdə isə cəmi 15 ölkənin boksçusu çempionluq üçün döyüşəcək. Bu siyahıda 3-8-ci yerləri bölüşən Azərbaycanı yalnız Ukrayna və İtaliya qabaqlayır.

Qeyd edək ki, Poreçdə keçirilən Avropa çempionatında final qarşılaşmaları martın 23-də olacaq. Həmin gün Nicat Hüseynov (51 kq) gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov (54 kq) türkiyəli Samet Gümüşlə döyüşəcək.

Avropa çempionatı, U-22
Finalda təmsil olunacaq ölkələrin siyahısı

  1. Ukrayna – 4 boksçu
  2. İtaliya – 3
    3-8. Azərbaycan – 2
    Gürcüstan – 2
    Türkiyə – 2
    Bolqarıstan – 2
    Uels – 2
    Ermənistan – 2
    9-15. Danimarka – 1
    Xorvatiya – 1
    İsrail – 1
    Almaniya – 1
    Avstriya – 1
    Niderland – 1
    İrlandiya – 1
Shares: