Bu il təşkil olunacaq futbol üzrə dünya çempionatının aprelin 1-də keçiriləcək püşkatma mərasimi üçün səbətlərin tərkibi bəlli olub.

Futbolinfo.az xəbər verir ki, ev sahibi Qətərlə yanaşı, əsas favoritlər arasında göstərilən 7 yığma birinci səbətdə yer alıb.

Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək. Avropa zonası üzrə Şotlandiya – Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

Xatırladaq ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

1-ci səbət
Qətər (A qrupu)
Braziliya
Belçika
Fransa
Argentina
İngiltərə
İspaniya
Portuqaliya

2-ci səbət
Meksika
Niderland
Danimarka
Almaniya
Uruqvay
İsveçrə
ABŞ
Xorvatiya

3-cü səbət
Seneqal
İran
Yaponiya
Mərakeş
Serbiya
Polşa
Cənubi Koreya
Tunis

4-cü səbət
Kamerun
Kanada
Ekvador
Səudiyyə Ərəbistanı
Qana
Üç pley-off qalibi

Shares: