“Qəbələ”nin futbolçusu Omar Hani Azərbaycan çempionatının 21-ci turunda komandasının “Keşlə”yə qarşı keçirəcəyi matçda meydana çıxa bilər. Bu barədə futbolinfo.az-a futbolçunun özü məlumat verib.

O bildirib ki, 100 faiz hazır olmasa da, meydana çıxa bilər: “Tam hazır deyiləm. 80 faiz hazıram. 20 dəqiqə meydanda ola bilərəm. Ümid edirəm ki, yaxın zamanlarda tam hazır olacam”.

Shares: