Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycanın qadınlardan ibarət voleybol millisini Qızıl Avropa Liqasının iştirakçıları arasından çıxarıb.
Futbolinfo.az xəbər verir ki, buna yığmanın yarışda iştirak etmək istəməməsi səbəb göstərilib.
Ona görə də, CEV Azərbaycanı siyahıdan çıxarmaq məcburiyyətində qalıb. Azərbaycan millisini C qrupunda əvəzləyəcək yığma da müəyyənləşib. Azərbaycanlı voleybolçuların əvəzinə Macarıstan, Rumıniya və Ukraynaya Bolqarıstan rəqib olacaq.
Həmçinin, kişi voleybolçulardan ibarət yığma komandanın Gümüş Avropa Liqasında iştirak etməyəcəyi gözlənilir. Lakin CEV hələlik Azərbaycanın adını iştirakçılar sırasından silməyib.