Canni İnfantino növbəti dəfə FİFA prezidentliyinə namizədliyini irəli sürəcək.

Futbolinfo.az xəbər verir ki, 52 yaşlı funksioner bu barədə ali futbol qurumunun Qətərin paytaxtı Dohada keçirilən 72-ci Konqresində açıqlama verib.

O bildirib ki, yeni prezident 2023-cü ildə qurumun 73-cü Konqresində seçiləcək: “Konqres gələn ilin əvvəlində baş tutacaq. Tarix hələ təsdiqlənməyib, lakin tezliklə elan olunacaq”.

Xatırladaq ki, 2016-cı ildən FİFA-ya rəhbərlik edən Canni İnfantino 2019-cu ildə ikinci dəfə qurumun prezidenti seçilib.

Shares: