Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FİDE qran-prisinın 3-cü mərhələsində ikinci yarımfinal görüşünü keçirib.
Futbolinfo.az xəbər verir ki, 37 yaşlı qrossmeyster ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Tərəflər 51-ci gedişdə “sülh”ə razılaşıb.
İkinci qarşılaşmada da heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılacaq.
Qran-prinin 3-cü mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.