Azərbaycan 1-ci divizionunda 21-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Zaqatala” doğma meydanda “Qəbələ”nin ikinci komandasını darmadağın edib. “Qarabağ”la “Zirə”nin əvəzedicilərinin oyununda qapılara qol vurulmayıb.

MOİK – “Qaradağ Lökbatan” matçı digər oyunlar kimi saat 15:00-da başlamalı olsa da, təcili tibbi yardım maşınının gecikməsi üzundən gec start götürüb. Qarşılaşmanın yekununda lider darmadağınla qalib gəlib.

Turun qalan oyunları sabah keçiriləcək.

Birinci Divizion
21-ci tur

12 aprel

Zaqatala – Qəbələ-2 5:1
Qol: Mahmud Məmmədov, 33. Kənan Müslümov, 51. Əsədulla Heydərov, 61. İbrahim Camalov, 77. Hümbət Ələkbərov, 80 – Aqil Nəsibov, 37.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəşad Əhmədov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00

MOİK – Qaradağ Lökbatan 0:5
Qol: Ürfan İsmayılov, 23. Sabir Allahquliyev, 80-pen; 84-pen. Həbib İsmayılov, 86. Elnur Səmədov, 87.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Teymur Teymurov, Nicat İsmayıllı
Binə qəsəbə stadionu, 15:00

Zirə-2 – Qarabağ-2 0:0
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Şirmamed Mamedov, Kamranbəy Rəhimov
“ASK Arena”, 15:00

13 aprel

Səbail-2 – Sumqayıt-2
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
“ASCO Arena”, 15:00

Turan Tovuz – Kəpəz
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev
Tovuz şəhər stadionu, 15:00

Şamaxı-2 – Neftçi-2
Hakimlər: Emin Əliyev, Vüsal Məmmədov, Asiman Əzizli, İnqilab Məmmədov
“ASK Arena”, 15:00

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp