Fransanın PSJ klubu yeni tərəfdaşlıq müqaviləsi bağlayıb.

Futbolinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu “GOAT” idman ayaqqabılarının onlayn satışı platforması ilə anlaşıb.

Üç illik əməkdaşlıq PSJ-yə 50 milyon dollar qazandıracaq. Yeni tərəfdaşın adı komandanın idman geyiminin qolunda da əks olunacaq.

PSJ “GOAT”da öz mağazası olan ilk klubdur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp