Azərbaycan Premyer Liqasının 23-cü turunda keçiriləcək “Qarabağ” – “Şamaxı” qarşılaşmasının biletləri oyun günü – aprelin 15-də satışa çıxarılacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VIP biletlər isə 10 manat təşkil edir.

Satış məntəqəsi: “Azersun Arena”.

Qapıların azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacağı diqqətə çatdırılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp