Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, bu ada Madrid “Real”ının yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.

36 yaşlı futbolçu İngiltərənin “Çelsi” komandasına 2:3 hesabıyla uduzduqları cavab matçında 1 məhsuldar ötürmə ilə yadda qalıb. Doğma meydandakı məğlubiyyətə baxmayaraq, İspaniya klubu səfərdəki 3:1 hesablı qələbə sayəsində mərhələ adlayıb.

ÇL-də həftənin ən yaxşı oyunçusu adına “Vilyarreal”dan Raul Albiol, İngiltərə “Liverpul”undan Kostas Tsimikas və “Mançester Siti”dən Con Stounz da namizəd idi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp