DÇ-2022-nin pley-off mərhələsində Şotlandiya və Ukrayna milli komandaları arasında keçiriləcək yarımfinal oyununun vaxtı dəqiqləşib.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma iyunun 1-də keçiriləcək.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Bu cütün qalibi ilə Uels arasında Kardiffdə keçiriləcək matçın da vaxtı açıqlanıb. Həlledici görüş iyunun 5-də baş tutacaq.

Yarımfinal və final matçlarından sonra DÇ-2022-nin daha bir iştirakçısı bəlli olacaq. Mundialın final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq. Şotlandiya/Ukrayna – Uels duelinin qalibi DÇ-də İngiltərə, İran və ABŞ-la birgə B qrupunda mübarizə aparacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp