Futbol üzrə Avropa Liqası və Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, Avropa Liqasında siyahıda “Leyptsiq”dən (Almaniya) Kristofer Nkunku, “Reyncers”dən (Şotlandiya) Ceyms Tavernye, “Ayntraxt”dan (Almaniya) Filip Kostiç və “Vest Hem”dən (İngiltərə) Kreyq Douson yer alıb.

Konfrans Liqasında isə həftənin futbolçusu adına namizədlər İngiltərənin “Lester Siti” komandasından Ceyms Meddison, Niderland “Feyenoord”undan Siril Dessers, Marsel “Olimpik”indən (Fransa) Dimitri Payet və İtaliya “Roma”sından Nikolo Zaniolodur.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp