“Roma”nın baş məşqçisi Joze Mourinyo UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bodo Qlimt” üzərində qazanılan böyükhesablı qələbəni (4:0) şərh edib.

Futbolinfo.az UEFA-ya istinadən xəbər verir ki, o, avrokuboklarda mübarizəni davam etdirən tək İtaliya klubu olduqlarını söyləyib:

“İndi Avropada İtaliyanın bayrağını biz dalğalandırmalıyıq. Avrokuboklarda mübarizəni davam etdirən yeganə İtaliya klubuyuq. Biz rəqibdən güclü idik. Yalnız dördüncü cəhddə “Bodo Qlimt”ə qalib gəlmək yolverilməzdir. Amma əsas odur ki, ən həlledici matçdan qalib ayrılmağı bacardıq. Biz əslində, ilk hissəni 1:2 hesabıyla məğlub başa vurmuşduq. Yekun nəticədə isə 5:2 qalib gəldik. Əvvəldən əla oynadıq. Rəqib komanda ilk qollardan sonra işinin bitdiyini başa düşdü”.

“Roma” “Bodo Qlimt”ə 4:0 hesabı ilə qalib gəlib. İlk oyunda “Roma” 1:2 hesabı ilə uduzmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp