Futbol üzrə Türkiyə 1-ci liqasında 32-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “İstanbulspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da məhz Ələskərov vurub. O, 7-ci dəqiqədə fərqlənməklə matçda hesabı açıb. Amma qalan dəqiqələrdə 3 qol buraxan komandası meydanı xalsız tərk edib.

“Bursaspor” 32 turdan sonra 31 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Shares: