Futbol üzrə Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

“Hatayspor” – “Sivasspor” və “Altay” – “Başakşəhər” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Dörd qolun qeydə alındığı “Alanyaspor” – “Antalyaspor” matçı qonaqların qələbəsiylə yekunlaşıb.

“Fənərbaxça” bu turda “Göztəpə”ylə qarşılaşıb. İstanbul təmsilçisi doğma meydanda inamlı qələbəyə sevinib.

Türkiyə Super Liqası
33-cü tur

15 aprel

Trabzonspor – Fatih Karagümrük 1:1
Qol: V.Huqo, 58 – Bilya, 45+4.

Kayserispor – Rizəspor 1:1
Qol: E.Başsan, 77 – Pohjanpalo, 67.

16 aprel

Hatayspor – Sivasspor 1:1
Qol: Benziya, 61 – Z.Erdal, 28-pen.

Alanyaspor – Antalyaspor 1:3
Qol: Dyedyu, 78 – Rayt, 17. G.Bayrakdar, 40; 58.

Altay – Başakşəhər 1:1
Qol: C.Gülselam, 89 – Trezeqe, 40.

Fənərbaxça – Göztəpə 2:0
Qol: S.Aziz, 4. A.Gülər, 83-pen.

17 aprel

14:30. Konyaspor – Qaziantep
17:00. Kasımpaşa – Adana Demirspor
21:30. Girəsunspor – Beşiktaş

18 aprel

21:30. Qalatasaray – Yeni Malatyaspor

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp