“Zirə”nin hücumçusu Ağabala Ramazanov Premyer Liqada 200-cü oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, hücumçunun yubileyi “Zirə”nin “Səbail”lə ev matçına (2:1) təsadüf edib.

23-cü turun qarşılaşmasına qədər 199 oyunun iştirakçısı olan forvard start heyətində meydana çıxıb. O, bu görüşlərdə 37 qola imza atıb.

2020-ci ilin əvvəlindən “Zirə” forması geyinən Ağabala “qartallar”ın heyətində 45 matçda 12 dəfə rəqib qapılarına yol tapıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp