Futbol üzrə İngiltərə kubokunda ikinci finalçı bəlli olub.

Futbolinfo.az xəbər verir ki, “Çelsi” yarımfinalda “Kristal Pelas” ilə üz-üzə gəlib.

London təmsilçisi bu oyunda inamlı qələbə qazanmaqla növbəti finalçı olub.

Daha öncə “Liverpul” “Mançester Siti”ni məğlub edərək həlledici oyunda iştirak hüququ qazanmışdı.

“Liverpul”la “Çelsi” arasındakı final qarşılaşması mayın 14-də keçiriləcək.

İngiltərə kuboku
Yarımfinal
16 aprel

Mançester Siti – Liverpul 2:3
Qol: Qriliş, 47. B.Silva, 90+1 – Konate, 9. Mane, 17; 45.

17 aprel

Çelsi – Kristal Pelas 2:0
Qol: Loftus-Çik, 65. Maunt, 76.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp