Azərbaycan Premyer Liqasının cari mövsümündə hakimlər cəmi 14 penalti təyin edib. 23 turun oynanıldığını nəzərə alsaq, bu, çox aşağı göstəricidi.

91 matçda (1 oyun təxirə salınıb) ağ nöqtəni göstərən hakimlər, orta hesabla 6.5 matçdan bir buna ehtiyac duyub. Bu isə 3 tura 2 dəfə belə cərimə zərbəsi təyin etmək deməkdi.

Cari mövsümdə penalti qazanan klublar:

Qarabağ – 4

Keşlə – 3

Qəbələ – 2

Səbail – 2

Zirə – 2

Neftçi – 1

Sabah – 0

Sumqayıt – 0

Cari mövsümdə qapısına penalti təyin edilən klublar:

Sumqayıt – 6

Qarabağ – 2

Neftçi – 2

Səbail – 2

Sabah – 1

Zirə – 1

Qəbələ – 0

Keşlə – 0

Penalti sayının bu qədər az olması heç də futbolçuların daha diqqətli olması ilə bağlı deyil. Elə son turlarda hakimlərin bir neçə dəfə aşkar qayda pozuntusuna göz yumduğuna şahid olmuşuq. Bəzi komandaların haqqı yeyilib, bəzi komandalara qarşı ikili standartlar tətbiq olunub. Ən çox əziyyət çəkən klublar isə yenə də “Sabah” və “Zirə”di.

Xüsusilə “Sabah”ın hakimlərdən şikayət etməyə əsası var. Dəfələrlə haqlı etiraz edən bakılıların son turlarda üzləşdiyi hakim səhvlərinin sayı kifayət qədərdi. Elə buna görədi ki, Murad Musayevin yetirmələri cari mövsümdə 11 metrlik cərimə zərbəsinə sevinməyib. Ötən mövsümü də hesablasaq, “Sabah” ardıcıl 30 oyundu penalti vurmaq hüququ əldə etmir.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp