Bu həftə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Futbolinfo.az xəbər verir ki, ilk oyunlar eyni gündə keçiriləcək.

Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin əvvəlki çempionat oyunlarının balansını təqdim edir.

Azərbaycan kuboku

Yarımfinal

“Qəbələ” – “Qarabağ” – 11 oyun, +2=5-4, top fərqi 8-14

7-ci dəfə yolları kəsişən komandaların duellərində 4 dəfə “Qarabağ”, 2 dəfə “Qəbələ” üstün olub. Son üç matçda ağdamlılar qələbə qazanıb.

2011/121/4 finalQəbələ – Qarabağ (Ağdam)2:2, 0:0
2012/131/4 finalQəbələ – Qarabağ (Ağdam)1:1, 0:0
2013/141/4 finalQəbələ – Qarabağ (Ağdam)0:0, 2:1
2016/17finalQarabağ (Ağdam) – Qəbələ2:0
2018/191/2 finalQəbələ – Qarabağ (Ağdam)1:0, 1:2
2020/211/4 finalQarabağ (Ağdam) – Qəbələ3:1, 3:0

“Zirə” – “Neftçi” – 6 oyun, +3=1-2, top fərqi 4-6

İlk dəfə yarımfinalda görüşən paytaxt klublarının yolları 1/4 finalda üç dəfə kəsişib. Əvvəlki duellərdə ilk matçı səfərdə keçirən komanda mərhələ adlayıb.

2016/171/4 finalZirə (Bakı) – Neftçi (Bakı)0:3, 2:1
2017/181/4 finalZirə (Bakı) – Neftçi (Bakı)1:0, 0:2
2020/211/4 finalNeftçi (Bakı) – Zirə (Bakı)0:1, 0:0
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp