Futbol üzrə Kolumbiya milli komandasının baş məşqçisi Reynaldo Rueda istefaya göndərilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Buna yığmanın Qətərdə keçiriləcək DÇ-2022-nin final mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub. Rueda ilə yanaşı, onun köməkçiləri də istefaya göndərilib. Millinin yeni baş məşqçisinin adına qarşıdakı günlərdə aydınlıq gətiriləcəyi diqqətə çatdırılıb.

Reynaldo Rueda 2021-ci ildən Kolumbiya yığmasına başçılıq edirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp