Azərbaycan Kubokunun yarımfinalında “Neftçi” ilə qarşılaşacaq “Zirə”nin futbolçusu Məhəmməd Hamdauinin futbolinfo.az-a müsahibəsi

  • “Səbail”lə oyunda qazandığınız qələbə haqqında fikirləriniz necədir?
  • Mənim fikrimcə, bizim ən yaxşı oyunumuz deyildi. Çox qol epizodu yaratdıq və daha çox qol vura bilərdik. Amma istənilən halda 3 xalı əldə etdik və buna görə sevinməliyik.
  • Hazırda “Qəbələ” ilə 4 xallıq fərq yarandı. Bu sizi müəyyən qədər rahatlatdı və avrokuboklara yaxınlaşdırdı?
  • Biz yalnız öz nəticələrimizə fokuslanmışıq. Sonda nə əldə edəcəyimizi görəcəyik. Çünki qarşıda daha 5 matçımız var və bu matçlar zamanı hər şey baş verə bilər.
  • Bu həftə sizin üçün daha çətin olacaq, həm kubokda, həm çempionatda matçınız var..
  • Biz artıq bu həftəyə tam hazırıq. Düşünürəm ki, qələbələr üçün köklənmişik və yaxşı nəticə əldə etməyə çalışacağıq.
  • Azərbaycan Kubokunu qazanmaq mümkün görünür?
  • Bu çox çətindir. Amma çalışmaq, motivasiyanı yüksək tutmaq lazımdır. Əlbəttə ki, mümkündür. Bunu əldə etməyə çalışacağıq.
  • “Neftçi”ni məğlub etmək üçün nə lazımdır?
  • “Neftçi” böyük komandadır və mən onlara hörmət edirəm. Amma bilirəm ki, biz onları məğlub edə bilərik. Buna ümidlərim böyükdür. İstəklərimizi meydanda həyata keçirməliyik.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp