“Qarabağ” yarımmüdafiəçisi Leandro Andradenin futbolinfo.az-a müsahibəsi

  • “Keşlə” ilə 8:0-lıq qələbəni necə şərh edərdin?Ümumiyyətlə, bu cür böyükhesablı qalibiyyəti gözləyirdiniz?
  • Bu elə nəticədir ki, əvvəlcədən bunu düşünmək çox çətindir, hətta mümkün deyil. Lakin komandama inanırdım və güvənirdim. Bilirdim ki, tam gücümüzlə hazırlaşmışıq, qalib gəlməyə ümidimiz böyük idi. İstənilən halda 8:0-ı gözləmirdim.
  • “Qarabağ”a demək olar ki, tam adaptasiya olmusan və özünü rahat hiss edirsən?
  • Günlər keçdikcə özümü daha rahat hiss edirəm. Komandanın oyun sisteminə alışıram. Komanda yoldaşlarımla istər komandada, istər komandadan kənar münasibərtlər yaxşılaşır. Klubun texniki heyətinə və digər şeylərə adaptasiya oluram. Düşünürəm ki, şəxsi həyatımda da yaxşılığa doğru inkişaf var. Adaptasiya prosesini rahat keçirirəm.
  • Çox oynamaq şansı əldə etmirsən. Gələcəkdə durumun dəyişəcəyinə inanırsan?
  • Aydın məsələdir ki, hər futbolçu daim start heyətdə meydana çıxmaq, çox oynamaq istəyir. Əsas hədəfim yaxşı futbolçu olmaq üçün əlimdən gələni etməkdir. Bunun üçün məşqlərə ciddi yanaşıram. Daha çox məşq edirəm, daha çox nəsə öyrənməyə çalışıram. Ustalıq səviyyəmi qaldırmaq fikrindəyəm. Bunu bacardıqca hər şey yaxşıya doğru gedəcək.
  • Həmyerlin və həmsoyadın Patrik Andrade ilə birlikdə olmaq sənə nə qədər kömək edir?
  • Onunla eyni komandada oynamaq mənə kömək edir. Təkcə, ona görə yox ki, o, mənim yerlimdir, eyni ölkənin şərəfini qoruyuruq…Daha öncədən də bir-birimizi tanıyırdıq, bir yerdə oynamışdıq. Yenidən onunla eyni komandada olmaq çox xoşdur.
  • Bura gəldikdən sonra milliyə də dəvət aldın. Patrikin bunda rolu oldumu?
  • Bəli, onun burada rolu var. Çünki Patrik məndən öncə milli komandada çıxış edir, oradakı vəziyyəti, hər şeyi bilir. Oradakı bütün proseslərə bələddir. Yığmadakı durumla bağlı məlumatlar verdi. Bunlar da mənim üçün üstün oldu. Ora çağırılmaq da ayrılca xoş hissdir.
  • Qarşıda “Qəbələ” ilə 3 ardıcıl oyun var. Bu sizi yormayacaq?
  • Düşünmürəm ki, yorucu olacaq, təqvim bu cürdür və biz oynamalıyıq. Onlarla çətin görüşlərimiz olacaq. Rəqib yaxşı komandadır. İstənilən halda yaxşı nəticələr üçün tam kpklənməliyik.
  • Həm Azərbaycan kubokunu, həm çempionluğu qazanmaq şansınızı neçə faiz dəyərləndirərdin?
  • Əlbəttə ki, hər iki turnirdə qalib olmaq üçün çox yaxşı şansımız var. Xüsusilə, çempionat barədə danışmaq istəyərdim. Xal fərqinə görə demirəm, amma hər şey ədalətlidir. Bundan sonra da hər oyuna son matç kimi baxmalıyıq. Bu cür də davam etməliyik. Hər matça sonuncu matç kimi, final kimi baxmalıyıq. Uğur bizim öz əlimizdədir. Kubokda da istəkli və diqqəli olmalıyıq.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp