“Qəbələ”nin yarımmüdafiəçisi Omar Haninin futbolinfo.az-a müsahibəsi

  • “Sumqayıt”la oyundakı heç-heçəni necə dəyərləndirirsən?
  • Düşünürəm ki, biz meydanda yaxşı idik. Bundan da yaxşı oyunlar göstərə bilərik. Amma hazırki durumda zədələr komandaya təsir edib. Bu da özünü nəticələrdə göstərir.
  • 6 oyunluq qəələbəsizlik seriyasının səbəbi də zədələrdir?
  • Təbii ki, bu barədə danışmaq çətindir. Çünki biz liderdən 5 xal geri qalırdıq və ikinci pillədə idik. İndi isə baxsaq, 4-cü yerə düşmüşük və xalımız çox azdır. Əlbəttə ki, bu, bizi narahat edir.
  • Səncə, mövsümün sonunda hansı pillədə olacaqsız?
  • Düşünürəm ki, ən pis halda 4-cü olacağıq. Amma ümumi fikrim odur ki, biz bürünc medallara sahib çıxacağıq. Bu, reallıqdır və gücümüz var.
  • Bu gün Azərbaycan Kubokunun yarımfinalında evdə “Qarabağ”la üz-üzə gəlirsiz. Qalib gəlmək ehtimalı var?
  • Qələbə qazana bilməsək belə, evdə uduzmaq istəmirik. Əsas hədəfimiz yaxşı nəticə qazanmaqdır. Bütün ambisiyamız “Qarabağ”ı məğlub etmək üzərində qurulub.
  • “Qəbələ” mövsümü sürpriz çıxışı ilə bəzədi. Daha bir sürpriz edib kuboka sahib çıxa bilər?
  • Bəli, buna ümid edirəm. Çünki həqiqətən yaxşı mövsüm keçirdik. Əziyyət çəkdik, uğurlu oyunlar oynadıq. Bütün bunların fonunda titul qazanmaq əla nəticə olar.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp