AFFA İntizam Komitəsinin beş üzvündən biri işindən ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu, AFFA-nın hüquqşünası işləmiş Məhəmməd İsmayılovdur.

O, yeni işə düzəldiyi üçün bu ayın 1-dən AFFA-dakı işindən ayrılıb.

Qeyd edək ki, AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovdur. Qurumun digər üzvləri sabiq qapıçı Cahangir Həsənzadə, İlqar Əliyev və Məlik Həsənovdur.

Xatırladaq ki, Məhəmməd İsmayılov ötən ilin mayın 31-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə üzv təyin olunmuşdu. Növbəti İcraiyyə Komitəsinin iclasında bu yerə yeni üzv təsdiq olunacaq. (oxu.az)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp