Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun azarkeşləri ilə görüşəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bu, aprelin 26-da – “Dinamo”nun yaranmasının 111-ci ildönümü günündə baş tutacaq. Ölkə çempionu bu məqsədlə Zaqrebin mərkəzində şənlik təşkil edəcək. Fanatlar orada həm oyunçularla ünsiyyətdə olacaq, həm də əyləncəli proqramları izləyəcək.

“Dinamo” bu gün ölkə çempionatının 9-cu turundan təxirə salınmış matçda “Hayduk”un qonağı olacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp