Aprelin 25-dən 27-dək Bakıda UEFA-nın təşkilatçılığı ilə məşqçi təlimatçılarının inkişaf seminarı keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, seminarda Albaniya, Belarus, Farer adaları, Cəbəllütariq, Moldova, San Marino və Uelsdən olan təlimatçılar iştirak edəcək.

UEFA-nın Grassroots Mentoru Les Hovie tərəfindən keçiriləcək seminara UEFA nümayəndələri Ghenadie Scurtul və Tibor Sisa rəhbərlik edəcək.

Seminarda AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, məşqçi tədris şöbəsinin müdiri Aslan Kərimov və təlimatçılar iştirak edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp