“Mançester Yunayted”in hücumçusu Kristiano Ronaldo yeni doğulan oğlunun ölümü ilə bağlı ona dəstək olan “Liverpul” azarkeşlərinə təşəkkür edib.

Futbolinfo.az xəbər verir ki, Ronaldo sosial mediada azarkeşlərin videosunu paylaşaraq yazıb:

“Bir dünya… Bir idman… Bir böyük ailə… Təşəkkür edirəm, “Enfild”. Mən və ailəm bu hörmət və mərhəmətinizi heç vaxt unutmayacağıq”.

“Mançester Yunayted”lə matçın 7-ci dəqiqəsində “Enfild”də Mersisayd təmsilçisinin azarkeşləri, eyni zamanda, “Liverpul”un baş məşqçisi Yurgen Klopp portuqaliyalı futbolçunu alqışlarla dəstəkləyib. Amma Kristianonun özü oğlunun ölümü ilə əlaqədar bu matçda iştirak etməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp