Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi “Tondela”nın Portuqaliya kubokunun finalındakı rəqibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, “Tondela” həlledici oyunda “Portu” ilə qarşılaşacaq. “Portu” ötən gecə yarımfinalın cavab matçında “Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib. Komanda ilk oyunda da qələbə qazandığı üçün (2:1) finala yüksəlib.

“Tondela” ilə “Portu” arasında final görüşü mayın 22-də keçiriləcək. “Tondela” tarixində ilk dəfə finala yüksəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp