Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeyə yeni müqavilə təklif edib.

Futbolinfo.az “Goal”a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu 50 milyon avro maaşla Paris təmsilçisinin ən yüksək ödənişli oyunçusu ola bilər.

Mbappe gələcəyi ilə bağlı qərar verməsə də, klubun təklifini nəzərdən keçirir.

Yeri gəlmişkən, bu gün PSJ-nin prezidenti Nasser Əl-Xələfi Qətərin paytaxtı Dohada Mbappenin ailəsi ilə görüşüb. Amma görüş 23 yaşlı forvardın müqaviləsinin mümkün uzadılması məsələsində irəliləyişə təsir etməyib.

Fransalı futbolçu cari mövsümdə bütün turnirlərdə 41 oyuna çıxıb, 33 qol, 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp