Futbol üzrə İngiltərə Premyer Liqasında 34-cü tura start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
Turun ilk matçında “Mançester Yunayted” Londonda “Arsenal”la qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda “qırmızı şeytanlar” məğlubiyyətə üzülüblər.
Lider “Mançester Siti” bu turda “Uotford”u qəbul edib. “Şəhərlilər” altı qolluq qarşılaşmada darmadağınla qalib gəliblər.
Səfərdə “Norviç Siti” ilə qarşılaşan “Nyukasl” da darmadağına sevinib. “Brentford” – “Tottenhem” və “Lester Siti” – “Aston Villa” matçlarında isə qol qeydə alınmayıb.
İngiltərə Premyer Liqası
34-cü tur
23 aprel
Arsenal – Mançester Yunayted 3:1
Qol: N.Tavares, 3. Saka, 32-pen. Caka, 70 – Ronaldo, 34.
Lester Siti – Aston Villa 0:0
Mançester Siti – Uotford 5:1
Qol: Q.Xesus, 4; 23; 49; 53. Rodri, 34 – H.Kamara, 28.
Norviç Siti – Nyukasl 0:3
Qol: Joelinton, 35; 41. B.Gimaraynş, 49.
Brentford – Tottenhem 0:0
24 aprel
17:00. Bernli – Vulverhempton
17:00. Brayton – Sauthempton
17:00. Çelsi – Vest Hem
19:30. Liverpul – Everton
25 aprel
23:00. Kristal Pelas – Lids