İspaniya kubokunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, həlledici matçda “Betis”lə “Valensiya” qarşılaşıb.
Əsas vaxtı heç-heçə bitən matçda Manuel Pelleqrininin komandası rəqibini penaltilərdə üstələyib.
Bu, “Betis”in 3-cü belə tituludur. Klub 1977 və 2005-ci illərdə də kubokun qalibi olub.
İspaniya kuboku
Final
24 aprel
Betis – Valensiya – 1:1 (penaltilər 5:4)
Qol: İqlesias, 11 – Duro, 30.